Cəmiyyət

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilir

Sharing is caring!

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilir.

Oxu.Az xəbər verir ki, konfransda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, media mənsubları və 500-ə yaxın gənc iştirak edir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd olunub ki, hesabat-seçki konfransının gündəliyinə iki əsas məsələ daxil edilib. Əvvəlcə Birliyin ümumi yığıncağında təşkilatın son iki ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, habelə yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunacaq.

Yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçiriləcək.

Xatırladaq ki, “İrəli” İctimai Birliyi 26 avqust 2003-ci ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 24 dekabr 2008-ci ildə isə gənclər təşkilatı olaraq təsis edilib. Təşkilatın əsas məqsədi sağlam, vətənpərvər və rəqabətədavamlı gənclər şəbəkəsi yaratmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir