Cəmiyyət

Bakıda taksi sürücüsündən sükan arxasında qeyri-etik davranış: DİN-dən REAKSİYA – VİDEO

Sharing is caring!

Bakıda taksi sürücüsünün sükan arxasında olarkən qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb.

Videogörüntülər yolda hərəkət edən digər bir sürücü tərəfindən lentə alınıb.

Kadrlarda taksi sürücüsü sükan arxasında ayağını pəncərədən çıxararaq avtomobilini idarə edir. Sözügedən vəziyyət sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, şəxs barəsində araşdırma aparılacaq:

“Belə hadisələrin şahidi olmaq sözün əsl mənasında insanı məyus edir. Üstəlik, taksi sürücüsünün, hansı ki, fəaliyyəti sırf insanlara xidmətlə bağlıdır. Məsuliyyətsizliklə özünü və ətrafdakı insanları heçə sayan, təhlükə altında qoyan, ictimai münasibətlərə hörmətsizlik gətirən bu cür personajlarla nəinki polis, ümumilikdə cəmiyyətin hər bir üzvü mübarizə aparmalıdır. Təbii ki, bu şəxs barəsində də ətraflı araşdırma aparılacaq. Çünki ağlı başında olan, adekvat düşüncəli adam ayağını bayıra çıxarıb avtomobil idarə edə bilməz”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir