Dünya

Meksikada jurnalist evinin qarşısında güllələndi – FOTO

Sharing is caring!

Meksikada il başlayandan bəri 15-ci jurnalist qətlə yetirilib. Budəfəki qurban yerli “La Realidad” nəşrinin redaktoru Fredi Romandır.

Bu barədə jurnalist Ceykob Morales özünün “Twitter” səhifəsində məlumat verib.

Məlumata görə, həm də yerli çap mediasında icmalçı olan jurnalist Gerrero ştatında Çilpansinqodakı evinin qarşısında güllələnib.

Qətlin motivi hələlik məlum deyil. Ancaq jurnalistlərə qarşı cinayətləri izləyən yerli “Articulo 19” təşkilatının məlumatına görə, il başlayandan bəri həyata keçirilən qətllərin ən azı doqquzu qurbanların peşə fəaliyyəti ilə bağlı olub.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir