Cəmiyyət

Gürcülər erməni vəhşiliyini qınadı – VİDEO

Sharing is caring!

Laçının təhvil verilməsini eşidən ermənilərin şəhərdə törətdiyi vəhşiliklər qonşu ölkələrdə də birmənalı qarşılanmayıb. 

Bədnam ermənilərin Laçında soyğun, talan və yanğınlar törətmələri Gürcüstanda geniş rezonans doğurub. Belə ki, politoloq Quram Marxuliya 30 il ərzində yalan içində yaşayan ermənilərin artıq həqiqətləri qəbul edərək çarəsizlikdən hər şeyə əl atdıqlarını bildirib. 

“Belə vandalizm tarixdə yoxdur. Bütün gürcü xalqı bu vəhşiliyi qınayır. Ermənilərin yandırdığı evlər onların deyildi. O evlərin hamısı azərbaycanlılarındır. Bir insan meşədən nə istiyə bilər? Biz bunu başa düşmürük. Bu hərəkətlər bütün beynəlxalq hüquq normalarına da ziddir. BMT və digər beynəlxalq təşkilatların qətnamələrində bu barədə heç nə yoxdur, çünki onların bu cür vəhşiliklər törədə biləcəyi ağıllarına gəlməyib”, – deyə o qeyd edib.

Qeyd edək ki, Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Məlumata görə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir