Cəmiyyət

Saatlıda qohumların boğularaq öldüyü yer karxana ərazisi olub – TƏFƏRRÜAT

Sharing is caring!

Avqustun 19-u saat 19 radələrində Saatlı rayonunda Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu, 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri hadisəsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əmi və qardaşı oğlunun Araz çayının Musalı kəndindən keçən hissəsinə düşərək boğulduqları yer qum karxanasının ərazisi olub. Bu səbəbdən də Arazın bu hissəsində suyun dərinliyi 10-15 metrə çatır.

Astanovların yaxınları bildiriblər ki, hadisə baş verən gün Saatlı şəhərində yaşayan 43 yaşlı Sübhan doğulub-böyüdüyü Qıraqlı kəndinə qonaq gedib. O, günortadan sonra qardaşı oğlu Əkrəmlə birgə Araz çayının yaxınlığındakı Musalı kəndindən keçən hissəyə balıq tutmağa gedib. Onları Əkrəmin iki azyaşlı oğlu da müşayiət edib. Çayın kənarında balıq ovlayarkən azyaşlılar nəzarətsizlikdən çaya yıxılıblar. Bu zaman çayın dərinləşdirilmiş hissəsində uşaqların boğulduqlarını görən atası Əkrəm və onun əmisi Sübhan özlərini çaya atıblar. Lakin onlar üzə bilmədiklərindən boğulmağa başlayıblar. Çayın əks tərəfində balıq ovlayan şəxs dərhal özünü çatdıraraq uşaqları sağ-salamat sudan çıxarıb. Əkrəm və Sübhan isə suyun dərinliyində batıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir