Cəmiyyət

Bakıda MTK gecə saat ikidə xəstəxana yaxınlığında tikinti aparır – VİDEO

Sharing is caring!

Gecə saat 02 radələrində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin yanında MTK-lardan birinin tikinti işləri aparması barədə sosial şəbəkələrdə video yayılıb.

İddia edilib ki, xəstəxananın içini toz və səs-küy bürüyüb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Anima MMC” şirkətlər qrupuna məxsus texnikalar burada bünövrə qazıb və bərkitmə işləri aparıb. 

Oxu.Az-ın sorğusuna cavab olaraq Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən sözügedən MTK-ya sanitar-gigiyenik qaydalara, tikinti normalarına riayət olunması, qonşu ərazilərdə yaşayan sakinlərin rifah halının qorunması məqsədilə xəbərdarlıq olunub. 

Aysel Aslanqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir