Cəmiyyət

Cəlilabadda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Sharing is caring!

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü, Masallı rayon sakini, Ağayev Elgün Yusif oğlunu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılsa da, artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir