Cəmiyyət

Sumqayıtda 29 yaşlı gənci avtomobil vuraraq boynunu sındırıb

Sharing is caring!

Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mədətov Mədət Elman oğlunu vurub.

“Report” xəbər verir ki, yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir