Cəmiyyət

Naxçıvanda seçkilərə hazırlıq işləri davam etdirilir – FOTO

Sharing is caring!


Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin bütün ərazilərini əhatə edəcək.

“Report” xəbər verir ki, Naxçıvanda fevralın yeddisinə təyin edilmiş növbədənkənar prezident seçkilərinə hazırlıq işləri davam etdirilir.

Seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkündür.

4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Çingiz Həsənli jurnalistlərə müsahibəsində qeyd edib ki, hal-hazırda Naxçıvan şəhərində 42 məntəqə fəaliyyət göstərir. Və bu məntəqələrdə daimi seçici siyahısının sayı 45 min 945 nəfərdir. Şəffaflığın təmin edilməsi məqsədilə seçki dairəsinin ərazisində əlavə olaraq 4 veb kamera quraşdırılıb.

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində də hazırlıq işləri yekunlaşmaq üzrədir.

Babək-Şahbuz-Kəngərli seçki dairəsinin sədri Daməddin Hüseynov bildirib ki, 60 seçki məntəqəsindən 29 seçki məntəqəsi Babək rayonunun ərazisində, 21 seçki məntəqəsi Şahbuz rayonunun ərazisində, altı seçki məntəqəsi isə Kəngərli rayonunun ərazisində yerləşir. Ümumilikdə seçki məntəqələri üzrə 360 seçki məntəqəsi üzvü var ki, bunlar təkminləşmə dövründə müxtəlif partiyaları, birtərəf partiyaları təmsil edirlər. Seçici siyahlarının dəqiqləşdirilməsi ilə əlaqədar olaraq bu gün seçicilərin siyahısı dairə üzrə 45 min 940 nəfər qeydə alınıb.

Qeyd edək ki, seçki Məcəlləsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi prosesi sabah başa çatır. Səsvermə vəsiqələri səsvermə gününə 45-25 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir. Yəni, bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir. Dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına səsvermə vəsiqələri isə səsvermə gününə 25-3 gün qalanadək verilir. Bu müddət isə 2024-cü il yanvarın 14-dən fevralın dördünədək olan dövrü əhatə edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir