Cəmiyyət

Şəmkir İH avtomobilin aylar öncə dağıtdığı heykəlin qalıqlarını yoldan niyə yığmır? – FOTO

Sharing is caring!

Gəncə-Şəmkir yolunda, Çinarlı kəndi yaxınlığındakı körpünün çıxışında yerləşən “Əməkçi qadın” heykəli yolda baş vermiş qəza ilə əlaqədar sınaraq yola tökülüb.

Məsələ ilə əlaqədar Oxu.Az-a şikayət daxil olub.

Şikayətçilər bildiriblər ki, üç ay əvvəl dağılmış heykəlin qalıqları hələ də yoldadır.

Problemlə bağlı Şəmkir Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaldırılan məsələni nəzarətdə saxlayırlar:

“Hazırda aidiyyəti orqanlar avtoqəza nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün avtomobilin sığortalandığı şirkətlə iş aparırlar. Məsələ yaxın zamanda öz həllini tapacaq”.

Qeyd edək ki, heykəl dağılmazdan əvvəl bu cür olub:

Aysel Aslanqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir