Cəmiyyət

Nikaraqua və Azərbaycan arasında münasibətlər inkişaf edə bilər – FOTO

Sharing is caring!

Nikaraquanın “Bolsa de Noticias” rəsmi dövlət qəzetlərinin birində (nəşr və elektron versiyasında) Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanovun “Azərbaycan – Nikaraqua münasibətlərinin əsas inkişaf prinsipləri” adlı məqaləsi dərc olunub. 

Bu barədə Oxu.Az-a Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov məlumat verib.

O bildirib ki, dərc olunan məqalədə məhz çoxtərəfli dünyada müxtəlif mədəni və linqvistik sahələrdən olan ölkələrin birgə yanaşmalarını təklif etmək, güclərini birləşdirmək və mövqeləri yaxınlaşdırmaq əlverişlidir. 

Məqalədə vurğulanır ki, əvvəldən belə güman etmək olar ki, bu ölkələri, yəni Nikaraquanı və Azərbaycanı, bir-birindən ayıran məsafələr var və buna görə də əməkdaşlıq prosesi qəliz ola bilər. Ancaq əslində, bu ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq daim inkişaf edə bilər.

O cümlədən, yazıda iki ölkə arasında münasibətlərin əsas inkişaf prinsipləri haqqında da bəhs olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir