Cəmiyyət

Salyanda “Pajero” idarəetmədən çıxaraq aşdı: Ölən və yaralananlar var

Sharing is caring!

Salyan rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir