Cəmiyyət

Yeniyetmə məhkumlar arasında badminton yarışı keçirildi – FOTO

Sharing is caring!

Cəzaçəkmə müəssisəsində yeniyetmə məhkumlar arasında badminton yarışı keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, bu gün məhkumların arasında idmançılar da var:

“Dünyada tanınmış idmançılar var ki, onlar da dustaq həyatı sürüblər. Məsələn, Mayk Tayson, İtaliya millisində oynayan futbolçular var ki, dustaq həyatı yaşayıblar. Buraya düşməyiniz sizi həvəsdən salmasın, həyatınız hələ qabaqdadır”.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən badminton turnirinin artıq üçüncü, yəni final mərhələsi keçirilir.

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev bildirib ki, qalib gələn üç finalçıya federasiya tərəfindən hədiyyələr təqdim olunacaq.

Könül Cəfərli
Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir