Cəmiyyət

Ölkə ərazisində faktiki hava durumu AÇIQLANIB – Yağış, leysan, külək…

Sharing is caring!

Ölkə üzrə faktiki hava şəraiti açıqlanıb.

Bu barədə ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin
iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda (Quba-red.) şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

Qeyd edilib ki, yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib. Qərb küləyinin sürəti Şamaxıda 16 m/s -ə çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir