Dünya

Almaniya XİN başçısının stilistinə ödədiyi məbləğ ölkədə rezonans doğurub

Sharing is caring!


Almaniyanın xarici işlər naziri Annalena Berbok 2022-ci ildə təkcə özünün stilist xidmətlərinə təxminən 136,5 min avro (261 min manat) pul xərcləyib.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Tanınmış almaniyalı hüquqşünas, professor Kristian Hillqruber bu cür yüksək xərclərin hüquqi baxımdan mübahisəli, siyasi baxımdan isə çirkin qəbul olunduğunu bildirib.

O əlavə edib ki, 2023-cü ilin birinci yarısı üçün Almaniya hökumətinin kabinet üzvlərinin vergi ödəyicilərinin hesabına vizajistlərə, kosmetoloqlara və fotoqrafların xidmətlərinə görə xərcləri təxminən 500 min avro (954 min manat) təşkil edib.

Mənbə: Bild

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir