Cəmiyyət

DİN-dən II Yaylaq Festivalı zamanı tıxacların yaranması ilə bağlı iddialara CAVAB

Sharing is caring!

“Bəzi xəbər saytlarında ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların bu tıxacda qalması ilə bağlı əsası olmayan yazılar dərc olunub. İlk növbədə qeyd edim ki, Göygöl rayonunda keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları mütəmadi müvafiq tədbirlər görür”.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

“Bu tədbirlərə festivala gələn avtomobillərin festival ərazisinə növbəli şəkildə buraxılması da daxildir. Onu da qeyd edim  ki, festivalın keçirildiyi yer dağlıq ərazidir, həmin ərazidə olan yol birtərəfli olmaqla bərabər sər dolanbac və yoxuşlu yoldur. Bu səbəblə həmin ərazidə adi günlərdə də müəyyən olunmuş aşağı sürət ilə hərəkət edilməlidir. Əlavə olaraq dünən axşam saatlarında yağış yağması vətəndaşların eyni anda festival ərazisini tərk etməsinə səbəb olub, lakin bu zaman da Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görərək vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətini təmin edib. Onu da qeyd edim ki, festival müddətində nə cinayət, nə də inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər hər hansı bir yol nəqliyyat hadisəsi də baş verməyib”, – deyə E.Qasımov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir