Cəmiyyət

Kanadalı jurnalist: “Xankəndi-Laçın yolunda blokada yoxdur”

Sharing is caring!

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçılarını ətraf mühitin mühafizəsi ideyası birləşdirir”.

“Report” xəbər verir ki, bunu kanadalı jurnalist Deyv Qordon deyib.

“Aksiya iştirakçılarının ətraf mühitin mühafizəsi ideyasına sadiqliyinin şahidi oldum. Vətənini, təbiətini sevən bu fədakar insanlar gələcək naminə ən yaxşısını arzulayırlar”, – o bildirib.

Aksiya keçirilən əraziyə baş çəkən kanadalı jurnalist Xankəndi-Laçın yolunda avtomobillər üçün hər hansı blokadanı müşahidə etmədiyini söyləyib.

“Mən heç bir problem görmədim, heç kim heç nəyə mane olmurdu. İnsanların hansı blokadadan danışdıqlarını başa düşə bilmirəm, çünki mən orada bunun şahidi olmadım”, – D.Qordon xüsusi vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir