Cəmiyyət

18 il məhkumluq həyatı yaşayan şəxs çətənə “aqronomluğu”na başladı – FOTO

Sharing is caring!

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elşən Əsədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik xassəli çətənə yetişdirdiyi müəyyən edilib.

Əraziyə baxış zamanı oradan ümumi çəkisi 10 kiloqramdan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.

Qeyd edək ki, o, cinayət məcəlləsinin müxtəlif maddələrindən 18 il məhkumluq həyatı yaşayıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir