Cəmiyyət

Azərbaycanda arvad ərini bıçaqlayıb öldürdü

Sharing is caring!

Bərdədə ər-arvad arasında mübahisə ölümlə nəticələnib.

Oxu.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü A.Çərkəzli ilə 1994-cü il təvəllüdlü N.Çərkəzli ailə münaqişəsi zəminində mübahisə edib.

Mübahisə zamanı ilk olaraq əri A.Çərkəzliyə bıçaqla xəsarət yetirib, daha sonra isə A.Çərkəzli bıçaqla N.Çərkəzliyə boyun nahiyəsinə xəsarət yetirib. 

Nəticədə kişi qanaxmadan vəfat edib. A.Çərkəzli isə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilib. 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir