Cəmiyyət

Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik aşkarlandı – FOTO

Sharing is caring!

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Anar Salmanov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman İran sakinindən onlayn yolla əldə etdiyi 2 kiloqram 159 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Salmanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən saman 41 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir