Cəmiyyət

Azərbaycanda mikroavtobus sürücüsündən heyvanlara qarşı qəddarlıq – VİDEO

Sharing is caring!

Azərbaycanda növbəti dəfə heyvanlara qarşı qəddarlıq faktı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, müvafiq görüntülər Bakı – Astara avtomagistralının Ələt qəsəbəsindən keçən hissəsində çəkilib.

Belə ki, “Mercedes VİTO” markalı mikroavtobusun sürücüsü nəqliyyat vasitəsinin damında iki xırdabuynuzlu heyvan – keçi daşıyıb.

Yüksəksürətli yolda heç bir maneə olmadan şiddətli hava axınına məruz qalan ayağı bağlı heyvanların narahatlığı çəkiliş zamanı aydın müşahidə olunub.

Hadisənin görüntülərini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir