Cəmiyyət

Qaxda toy mərasimində bədbəxt hadisə baş verib

Sharing is caring!

Qaxda toyu olan gəlinin bibisi məclis zamanı vəfat edib.

“Report” xəbər verir ki, bədbəxt hadisə bu gün axşam saatlarında “Gülnur” şadlıq evində keçirilən toy mərasimində baş verib.

Belə ki, Qax şəhər sakini 68 yaşlı Laləzar Məmmədsəidli qardaşı qızının toyunda rəqs edərkən halı pisləşib. Qadın yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı qadında bioloji ölümün baş verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir