Cəmiyyət

Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan konfrans keçirilib – FOTO

Sharing is caring!

Bu gün Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan – Gürcüstan: əsrlərin sınağından keçmiş dostluq irsi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, Gürcüstanın Beynəlxalq Qafqaz Universiteti və Avrasiya Beynəlxlaq İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı və gürcü diplomatlar, alim və tədqiqatçılar iştirak ediblər. 

Tədbirin açılışında təbrik nitqi ilə çıxış edən Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Milli muzeyinin Baş direktoru David Lordkipanidze və Azərbaycanın Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının dərin tarixi köklərə malik olduğunu, iki xalq arasında dostluq bağları, gürcü və azərbaycanlıların ortaq talelərindən irəli gələn qardaşlıq bünövrəsi üzərində qurulduğunu qeyd ediblər.

Daha sonra AMEA Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov və Qafqaz Beynəlxalq Universitetinin rektoru professor Ketevan Şoşiaşvilinin həmsədrliyi ilə keçirilən akademik panel müzakirlərində azərbaycanlı və gürcü alimlər qarşılıqlı münasibətlərin tarixi, xüsusilə Azərbaycan və Gürcüstanın 20-ci əsrin əvvəlində və sonunda dövlət müstəqilliyi uğrunda mübarizə yolunda əməkdaşlığı, Cənubi Qafqazda sülh naminə tərəfdaşlığı, həmçinin xalqlarımızın qarşılıqlı mədəni təsiri haqqında məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində iki ölkənin alimləri arasında birgə tədqiqat layihələrinin genişləndirilməsi, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi haqqında birgə elmi məcmuənin nəşri məqsədilə işçi qrup yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir