Cəmiyyət

Beynəlxalq Media Forumun iştirakçıları Cıdır düzünə və Şuşa qalasına səfər ediblər – FOTO

Sharing is caring!

Beynəlxalq Media Forumunun əcnəbi qonaqları tədbirdən sonra Şuşa İcra Hakimiyyətinin qarşısında olan Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün büstünü ziyarət edərək Şuşa qalasına doğru irəliləyiblər.

“Report” xəbər verir ki, orada onlar şəhərin qədim tarixi barədə məlumat aldıqdan sonra Qala divarları qarşısında birgə şəkil çəkdiriblər.

Daha sonra Cıdır düzünə hərəkət edən qonaqlar oradan əsrarəngiz mənzərəni, həmçinin qəhrəman hərbçilərimizin Vətən müharibəsində qət etdiyi yolu seyr ediblər.

Şuşa səfəri başa çatdıqdan sonra Beynəlxalq Media Forumunun iştirakçıları Bakıya qayıtmaq üçün Füzuli Hava Limanına yola düşüblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir