Cəmiyyət

Sahil Babayev: “5 400 şəhid ailəsi üzvü və müharibə əlili daimi işə cəlb olunub”

Sharing is caring!

“Postmüharibə dövrü ərzində 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Bu görüşlərin nəticəsi olaraq 8 000-dək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub”.

Bu barədə KİV-ə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, kənd təsərrüfatı, xidmət, istehsalat və s. sahələri əhatə edən özünüməşğulluq proqramı bu il də davam etdiriləcək. Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 5 400 şəxsin daimi işlə təminatına da nail olunub.

“Məşğulluq marafonu”nun əhəmiyyətini vurğulayan S.Babayev 600-dan çox şirkətin vakansiya təqdim etdiyini, 2 500 şəxsin özəl şirkətlər tərəfindən işlə təmin olunduğunu diqqətə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir