Cəmiyyət

Güclü külək paytaxtda ağacları aşırdı: Qurum hərəkət keçdi – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Paytaxtda aşan ağacların ərazidən təmizlənməsi istiqamətində işlər görülür. 

Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. 

Qeyd olunub ki, birlik əməkdaşları tərəfindən Səməd Vurğun küçəsi 53/57 və Bülbül prospekti 20 ünvanlarında aşan irigövdəli ağacların nəqliyyatın və piyadaların hərəkətinə yaratdığı maneələr aradan qaldırılır.

09:24

Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb.

Oxu.Az xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 və Bülbül prospekti 20 ünvanlarında irigövdəli ağaclar aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir