Cəmiyyət

İki gün əvvəl pivə içdiyi üçün polis cərimələdi – FOTO

Sharing is caring!

Vətəndaş iddia edir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları sərxoş olmadığı halda ona cərimə yazıblar.

Rusiya vətəndaşı Əliabbas Ağayev Oxu.Az-a şikayətində bildirib ki, Qurban bayramı günü səhər saatlarında ona məxsus avtomobildə olarkən polis saxlayıb:

“Polislər: “Gözlərin qızarıb, sən içmisən”, – dedilər. Mən bildirdim ki, iki gün əvvəl pivə içmişəm. Mənim içkili olub-olmadığımı dəqiq öyrənməkdən ötrü Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına apardılar. Həkim məni yoxladı və içkili olduğumu təsdiq etdi. Nəticədə mənə 400 manat cərimə yazıldı. Amma mən iki gün əvvəl pivə qəbul etdiyim üçün yenidən xəstəxanaya qayıdaraq yoxlanmağımı istədim. Bu dəfə içkili olmadığım bilindi”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün nəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən saxlanılıb:

“Sənədləri yoxlanılarkən sürücünün sərxoş olmasına dair şübhələr yaranıb. Sərxoşluğun müəyyən edilməsi məqsədilə həmin şəxsin əvvəlcə alkotesterlə, daha sonra isə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Məhz həmin müayinənin nəticəsinə əsasən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Sərxoşluğun müəyyən edilməsi ilə bağlı ikinci müayinədən isə sürücü bir neçə saatdan sonra keçib və onun qanında alkoqol miqdarının sərxoşluq dərəcəsindən aşağı olması bununla bağlı ola bilər. Həmin sürücüyə qarşı heç bir qanunsuz hərəkətə yol verilməyib və iddiaların əsası yoxdur”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir