manset Region

Türk ordusu şəhid verdi

Sharing is caring!

Suriyanı Rəsulayn rayonunda PKK/YPG terrorçuları Türkiyə Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar.

XəbərAl.az-ın  məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Məlumatda deyilir: “Suriyanın Rəsulayn rayonunda “Sülh bulağı” əməliyyatı çərçivəsində PKK/YPG terrorçuları tərəfindən açılan atəş nəticəsində 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Sülh bulağı” adı altında hərbi əməliyyatlara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir