Cəmiyyət

Muzdla çalışan işçilərin sayı AÇIQLANDI

Sharing is caring!

2022-ci il iyunun 1-i vəziyyətinə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və ya 1,7 faiz artaraq 1 706 000 nəfər olub, onlardan 903 500 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802 500 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,5 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi, müdafiə, sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 825,3 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir