Cəmiyyət

İsmət Səttarov televiziya kanallarının rəhbərlərini topladı

Sharing is caring!

18 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib.

Şuradan verilən məlumata görə, görüşdə Şura sədri İsmət Səttarov son bir ildə Şuranın həyata keçirdiyi fəaliyyət, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasından sonra audiovizual media sahəsindəki son durum, yekunlaşan televiziya mövsümü ərzində televiziya kanallarında aparılmış monitorinqlərin nəticələri, mövcud nöqsanlar, əldə olunmuş pozitiv inkişaf dinamikası, yeni mövsümdə audiovizual media sahəsində gözlənən yeniliklər barədə danışıb.

Daha sonra ümumölkə televiziya yayımçılarının rəhbərləri çıxış etmiş, “Media haqqında” qanununun qəbul olunmasından sonra, həmçinin, Şuranın fəaliyyəti nəticəsində audiovizual mediada mövcud durumla bağlı gözlənti və perspektivlər haqqında söhbət açıblar. Görüşdə yayımçıların rəhbərləri ilə Şura sədri arasında sahə üzrə mövcud problemlərin müzakirəsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir