Cəmiyyət

Azərbaycanda müəmmalı olay: Bir qəsəbədə 58 nəfər xəstəxanalıq oldu

Sharing is caring!

Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.

Oxu.Az-ın məlumatına görə, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.

Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.

Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir