Cəmiyyət

Lənkəranda icra başçısının müavini yeniyetmə qızı vəhşicəsinə döyüb – İDDİA + FOTO

Sharing is caring!

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı vəhşicəsinə döydüyü iddia edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

Bildirilib ki, Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) qızı döyüblər:

“Onlar məktəblini attestatı vermək adı ilə evə çağırıb, fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox…”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:

“Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir