Cəmiyyət

Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb – FOTO

Sharing is caring!

Güclü külək Gəncədə fəsad törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir