Cəmiyyət

Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Sharing is caring!

Salyan rayonunda yük maşınları toqquşub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər “KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri – 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir