Cəmiyyət

Deputatlar tətilə çıxdılar

Sharing is caring!

Milli Məclisin 2022-ci il üçün növbədənkənar sessiyası başa çatıb.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Bununla da deputatlar tətilə çıxıblar.

Qeyd edək ki, parlamentin payız sessiyasının sentyabrın 30-u keçirilir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir