Dünya

Korrupsiyada ittiham olunan Blatter və Platini ilə bağlı son qərar açıqlandı

Sharing is caring!

İsveçrə məhkəməsi FIFA-nın keçmiş prezidenti Yozef Blatterə və UEFA-nın keçmiş rəhbəri Mişel Platiniyə bəraət verib.

İsveçrə Prokurorluğu iki il sınaq müddəti ilə bərabər, məmurlara 1 il 8 ay şərti həbs cəzası istəmişdi.

Qeyd edək ki, Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini korripsiyada ittiham olunurdular. 

Məhkəmə Blatterin 2011-ci ildə Platini üçün təşkil etdiyi iki milyon İsveçrə frankı məbləğində ödəniş epizoduna baxırdı. 

Baş Prokurorluq hesab edirdi ki, ödəniş qanuni əsaslar olmadan həyata keçirilib və FIFA-nın aktivlərinə zərər vurub. Blatter və Platini ödənişin şifahi razılaşdırıldığını iddia ediblər. 

Mənbə: AFP

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir