Cəmiyyət

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

Sharing is caring!

Ukraynanın Zaporojye vilayətinin işğaldan azad olunan ərazisindən qaçqın düşən azərbaycanlı ölkəmizdəki yaxınlarından kömək istəyir.

Hazırda Lvov şəhərində kimsəsiz qalan həmyerlimiz pansionata yerləşdirilib.

1951-ci il təvəllüdlü əslən Gəncədən olan Məmmədov Məmməd Bəytulla oğlu 36 ildir Ukraynanın Zaporojye vilayətində yaşayır və ixtisasca həkimdir.

O, müharibə başlayandan sonra yaşadığı yeri tərk edərək Ukraynanın qərbinə qədər gələ bilib.

Məmməd hazırda Lvovda kimsəsizdir və Azərbaycana gəlmək istəyir.

Həmyerlimizin Baku TV vasitəsilə yaxınlarına səsləndiyi süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir