Cəmiyyət

Qan xərçəngi ilə mübarizə aparan Ayşənin sizə EHTİYACI VAR: Əməliyyat üçün son 20 gün qalıb – FOTO/VİDEO

Sharing is caring!

Qan xərçəngindən əziyyət çəkən 14 yaşlı Ayşənin yaşaması üçün təcili əməliyyata ehtiyacı var.

Oxu.Az-la əlaqə saxlayan Hüseynova Ayşənin anası Vəliyeva Aytəkin övladının əməliyyatı üçün cəmi 20 günü qaldığını bildirib.

Övladının bu ilin mart ayından sözügedən xəstəlikdən əziyyət çəkdiyini bildirən Aytəkin xanım maddi olaraq müalicələri qarşılasa da, əməliyyat üçün tələb olunan məbləği ödəyə bilmədiyini vurğulayıb.

Aytəkin xanım qeyd edib ki, hazırda Bakıda Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alan Ayşə təcili olaraq Türkiyəyə getməlidir. Ayşənin əməliyyatı üçün 69 500 ABŞ dolları (118 150 AZN) lazımdır.

Ömrünün ən gözəl çağında yaşamaq üçün mübarizə aparan Ayşəyə yardım etmək istəyən şəxslər 055 865 50 62 (anası Aytəkin Vəliyeva) ilə əlaqə saxlaya və ya bank hesab nömrəsi vasitəsi ilə kömək edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir