Cəmiyyət

Üzərinə qaynar su tökülən iki yaşlı Cansunun ailəsi dərmanlarını ala bilmir – FOTO

Sharing is caring!

Zaqatalada yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Belə ki, aprel ayında iki yaşlı Cansunun üzərinə qaynar su ilə dolu vedrə aşıb.

Atası Əli Qanzayev bildirir ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Evdə paltaryuyan maşın suyu yaxşı isitmədiyi üçün vedrə ilə suyu qızdırıb içinə tökürük. Həyat yoldaşım suyu qaynatdıqdan sonra yerə qoyub və otaqdan çıxıb. Bu zaman qızım əlini vedrəyə salıb. Əlinin yandığını hiss etdikdə dərhal vedrədən çıxarmaq istəyib, lakin bu zaman köynəyi vedrənin kənarına ilişib və yıxılıb. Qaynar su ilə dolu vedrə onun üzərinə aşıb. Qarnı, ayaqları, əlləri yanıb. Hadisə iki ay əvvəl baş verib. 5 nömrəli Şəhər Kliniki Xəstəxanasında müalicə aldıq. Pulumuz bitdikdən sonra isə məcbur oranı tərk etdik. Uşağın yarasına infeksiya düşdü. Borc-xərclə yenidən xəstəxanaya qayıtmağa məcbur olduq. Xalqımın dəstəyi ilə Cansunun sağalması mümkün oldu. Bu gün xəstəxanadan evə buraxılmalıyıq, lakin həkimin yazdığı dərmanları almağa imkanımız çatmır. Bizə 500 manat civarında pul lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir