Cəmiyyət

Erməni vandalizminin təzahürləri aradan qaldırılmalıdır

Sharing is caring!

   Prezident İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı bir daha göstərdi ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.

     Prezident İlham Əliyev dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırıb ki, rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. Prezidentin çıxışında yer alan digər bir vacib məqam ermənilər tərəfindən ərazilərimizin minalanması ilə bağlı oldu. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bununla dövlət başçısı kütləvi minalanmanın qarşımızda duran ən böyük çətinlik olduğunu və bu faktın, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngitdiyi deyən president işğal dövründə Ermənistan tərəfindən ərazilərimizdə bir milyondan artıq mina basdırıldəğı faktını da iştirakmıların nəzərinə çatdırmış oldu.         
   Çıxışda ikinci vacib məqam Azərbaycanın öz gücü hesabına həyata keçirdiyi bərpa quruculuq fəaliyyəti ilə bağlı oldu. 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmiş bir ölkənin qısa vaxt ərzində gördüyü işləri təqdim etmə baxımından bu da çox vacib idi. Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunması ilə bağlı danışıqlar aparılır. Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi edib. Bütün bunlar dövlətimizin rəhbərinin tükənməz iradəsi və gərgin səyləri nəticəsində mümkün olub. 

Cahangir Muradov, Əməkdar Mədəniyyət işçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir