Cəmiyyət

“Azərbaycanın Dostları” Birliyi İsveçrədə festivalın əsas hadisəsi adlandırılıb – FOTO

Sharing is caring!

“Azərbaycanın Dostları” Birliyi ölkəmizi İsveçrədə keçirilən milli geyim və rəqs festivalında uğurla təmsil edib.

Festivalda Azərbaycan, İspaniya, Portuqaliya, Finlandiya, Ukrayna, Şri-Lanka və digər ölkələrin milli-mədəni birlikləri iştirak ediblər. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Bakıdan dəvət olunan “Ritm” rəqs qrupu festivalda “Yallı”, Sarı gəlin”, “İgidlər”, “Azərbaycan naxışları”, “Odlar yurdu” və digər milli rəqslərimizi təqdim ediblər. Milli adət-ənənələrimizi əks etdirən bu rəqslər tamaşaçılarda böyük rəğbət doğurub.

Təşkilatçılar Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyini festivalın əsas hadisəsi adlandırıblar və yüksək sənət nümunəsi nümayiş etdirən “Ritm” rəqs qrupuna xüsusi minnətdarlıqlarını bildiriblər.    

Qeyd edək ki, bu festival güləş üzrə İsveçrə çempionatı ərəfəsində təşkil olunub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir