Cəmiyyət

Naftalanda avtomobil aşıb, ana və övladı xəsarət alıb

Sharing is caring!

Naftalan rayonuna qonaq gedən qadın və övladı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.

“Report” xəbər verir ki, hadisə Naftalan şəhərində, xəstəxananın yaxınlığında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin biri idarəetmədən çıxaraq aşıb.

Nəticədə aşan avtomobildə olan 1981-ci il təvəllüdlü Y.İbrahimova və onun övladı, 2009-cü il təvəllüdlü C.İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir