Cəmiyyət

Küləkli hava nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

Sharing is caring!

Bakıda və Abşeron yarımadasında iyun ayının sonunadək şimal-qərb küləyi 15-20 m/san, yarımadanın bəzi yerlərində arabir 23-28 m/san olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında iyun ayının sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/san, ayrı-ayrı yerlərdə arabir 25-30 m/san olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir