İdman

“Qarabağ” Premyer Liqada tarixinin ən uğurlu səfər seriyasına imza atıb

Sharing is caring!

“Qarabağ” Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında qeyd olunub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu uğura XII turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb.

Cari mövsümdə xal itirməyən “Ağdam” klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

“Köhlən atlar” ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyiblər. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir