Cəmiyyət

Bakı küçələrində ölüm saçan işıq dirəkləri – FOTO

Sharing is caring!

Bakı küçələrində işıq dirəkləri ölüm saçır. 

Oxu.Az-ın məlumatına görə, paytaxtın bir çox küçə və prospektlərində işıq dirəklərində elektrik naqilləri açıq şəkildə saxlanılıb. Məsələn, paytaxtın İslam Səfərli küçəsindəki işıq dirəklərində elektrik naqilləri izolyasiya edilsə də, müvafiq qaydada dirək daxilinə yerləşdirilib üzəri qapanmalı idi. Lakin təəssüf ki, fakt bunu demir. 

Oxşar mənzərə bir sıra digər küçələrdə, eləcə də Salatın Əsgərova küçəsində də müşahidə edilir. Ərazidən keçənlər ehtiyatsızlıqdan həmin naqillərə toxunsalar, bədbəxt hadisələr qaçılmaz ola bilər. 

Bu vəziyyət xüsusilə də uşaqlar üçün təhlükəlidir. Sözügedən küçə Xarici İşlər Nazirliyindən bir tin o tərəfə düşür. Mümkün deyil ki, aidiyyəti qurumların əməkdaşlarından heç olmasa bir nəfər, təsadüfən də olsa, bu küçədən keçməsin və mənzərəni görməsin. 

Oxu.Az sözügedən məsələ ilə bağlı lentə aldığı kadrları təqdim edir:

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir