Cəmiyyət

Samuxda çətənə kolları məhv edilib – FOTO

Sharing is caring!

Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Samux rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində samux rayon Sərkar kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 1750 kiloqram olan, 3450 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir