Cəmiyyət

Biləsuvarda yük avtomobili mikroavtobusla toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə köhnə Ələt – Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, “Ford” Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir