Cəmiyyət

Qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri niyə deaktiv olur? – AÇIQLAMA

Sharing is caring!

Polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur. 
Bu barədə vətəndaşlar sosial şəbəkələrdə məlumat yayıblar.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əgər vətəndaş məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxırsa, şəxsiyyət vəsiqəsi deaktiv edilir:

“Həmin şəxs yeni ünvana qeydiyyata düşdükdən sonra təzə şəxsiyyət vəsiqəsi ilə təmin edilir”.

Vəkil Tural Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, şəxs qeydiyyatdan çıxdıqdan və ya çıxarıldıqdan sonra qeydiyyata düşmürsə, dərhal onun şəxsiyyət vəsiqəsi deaktiv olur:

“Belə olan halda şəxs ya özünə məxsus olan mənzildə, mülkiyyətçinin razılığı əsasında hər-hansı digər mənzildə və ya yaşadığı ərazi üzrə rayon polis idarəsində qeydiyyata düşməlidir. Əks halda onun şəxsiyyət vəsiqəsi deaktiv olaraq qalır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir