Cəmiyyət

Polis idarəetməni itirib maşını aşırdı: Vəziyyəti ağırdır

Sharing is caring!

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın aşıb, sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Q.Qasımov polis mayorudur. O, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir