İdman

Türkiyə çempionatı: “Fənərbağça” yeni mövsümə qələbə ilə başlayıb – VİDEO

Sharing is caring!


“Fənərbağça” futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, çempionluğa iddialılardan sayılan İstanbul klubu öz meydanında “Qaziantep”i üstələyib – 2:1.

“Bülbüllər”in hər iki qoluna Edin Ceko imza atıb. Bosniya və Herseqovinadan olan forvard Super Liqada ilk oyununun üç və 18-ci dəqiqələrində fərqlənib. Qonaqların yeganə qoluna 45+5-ci dəqiqədə Arda Gümüşdağ imza atıb.

Qeyd edək ki, Super Liqanın son çempionu “Qalatasaray” İlk turda səfərdə “Kayserispor”la qolsuz heç-heçəyə razılaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir